Cümə axşamı, 2 İyul, 2026
Tarix: 02 Jul 2026 17:01
Livan və Suriya arasında razılaşma imzalanıb.
“Al Jazeera” xəbər verir ki, razılaşmada əməkdaşlıq, hər iki dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət, hər iki dövlətin bərabərliyi və bir-birlərinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsas götürülüb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Suriyanın “Hizbullah”a qarşı mübarizə aparmasına dair çağırış edib.
Suriya Prezidenti Əhməd əş-Şaraa isə ölkəsinin Livana hərbi müdaxilə etmək planlarının olduğunu təkzib edib.
Toğrul Quluzadə Suriya Livan razılaşmaMənbə: apa.az