Nyu-Yorkda hidroplan çaya sərt eniş edib, xəsarət alanlar var

Nyu-Yorkda hidroplan çaya sərt eniş edib, xəsarət alanlar var

Tarix: 06 Jul 2026 04:23

ABŞ-ın Nyu-York şəhərində kiçik hidroplanın İst-River çayına sərt eniş etməsi nəticəsində iki nəfər xəsarət alıb.

Bu barədə NBC News telekanalı məlumat yayıb.

Məlumata görə, hava gəmisinin göyərtəsində 10 nəfər olub. Onlardan azı ikisinə tibbi yardım göstərilib.

Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb.

ABŞ, Nyu-York, hidroplan

Mənbə: apa.az

Xəbər Lenti