Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 10:24
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Yaroslavl vilayətində yerləşən "Slavneft-YANOS" neft emalı zavoduna zərbə endirib.
APA xəbər verir ki, bu barədə Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev məlumat verib.
Qubernator pilotsuz uçuş aparatlarının hücumunu təsdiqləyərək, müəssisənin yerləşdiyi ərazidə hərəkətin müvəqqəti məhdudlaşdırıldığını bildirib.
Yerli mənbələrin məlumatına görə, hücumdan sonra neft emalı zavodunun ərazisində yanğın müşahidə olunub.
Qeyd edək ki, "Slavneft-YANOS" Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir.
İlqar Xudiyev Yaroslavl vilayəti Slavneft-YANOS neft emalı zavoduna hücum UkraynaMənbə: apa.az