Hindistanda bina çöküb, azı 6 nəfər ölüb

Hindistanda bina çöküb, azı 6 nəfər ölüb

Tarix: 06 Jul 2026 10:56

Hindistanın Mumbay şəhərində leysan yağışların yaratdığı fəsadlar nəticəsində yaşayış binası çöküb, nəticədə azı 6 nəfər ölüb.

NDTV xəbər verir ki, hadisə şəhərin şərqində yerləşən Mankhurd rayonunda baş verib.

Məlumata görə, üçmərtəbəli bina yaxınlıqdakı həyət evlərin üzərinə aşıb.

Dağıntılar altından bir neçə yaralı çıxarılaraq xəstəxanaya çatdırılıb, axtarış işləri davam etdirilir.

İlqar Xudiyev Hindistan Mumbayidə leysan yağışlar binanın çökməsi

Mənbə: apa.az

Xəbər Lenti