İsveç səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

İsveç səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Tarix: 06 Jul 2026 12:43

İsveç səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, səfirə Stokholmun Vyana Konvensiyası çərçivəsində öhdəlikləri və əvvəllər üzərinə götürdüyü təminatlar xatırladılacaq.

Qeyd edək ki, ötən həftə Stokholmdakı Rusiya səfirliyinə dron hücumu olub. Səfirliyin həyətinə birində yalançı partlayıcı qurğu, digərində isə qırmızı boya olan iki dron atılıb.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti