Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 11:48
Şri-Lankanın Neqombo şəhərində yerləşən həbsxanada üsyan baş verib.
“Lanka Sara”nın xəbərinə görə, qarşıdurmalarda ölənlərin sayı 25 nəfərə çatıb.
Polis əməkdaşları da daxil olmaqla, ümumilikdə 60-dan çox insan xəsarət alıb və xəstəxanalara yerləşdirilib.
Onların odlu silahdan açılan atəşə məruz qaldıqları bildirilib.
Şri-Lanka mediasının məlumatına görə, Neqombo həbsxanasındakı məhbuslar bazar günü səhər saatlarında təşkil olunmuş şəkildə üsyana qalxaraq hücum ediblər.
Bundan sonra isə həbsxana nəzarətçiləri atəş açaraq vəziyyəti kontrol altına almağa çalışıblar.
Hazırda vəziyyətin nəzarət altında olduğu bildirilir.
Toğrul Quluzadə Şri-Lanka həbsxana üsyan
Mənbə: apa.az