Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 14:06
İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibaf İraqa səfər edəcəklər.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.
Pezeşkian və Qalibaf sabiq Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İraqa gedəcəklər.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xamenei ilə Tehranda vida mərasimi keçirilib. Vida mərasimi sabah Qum şəhərində, iyulun 8-də isə İraqın Nəcəf və Kərbəla şəhərlərində davam etdiriləcək. Ayətullah Seyid Əli Xamenei iyulun 9-da Məşhəd şəhərində İmam Rza ziyarətgahında torpağa tapşırılacaq.
Haşim Rahimi Məsud Pezeşkian Məhəmməd Baqir Qalibaf Seyid Əli XameneiMənbə: apa.az