Ukrayna iki S-400, radiolakasiya stansiyansı və neft bazasına zərbə endirib

Ukrayna iki S-400, radiolakasiya stansiyansı və neft bazasına zərbə endirib

Tarix: 06 Jul 2026 16:13

İyulun 6-na keçən gecə Ukrayna ordusu Rusiya ordusunun arxa cəbhəsində və əməliyyat dərinliyində yerləşən 47 qanuni hərbi hədəfə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Krımda elektrik enerjisinin tam kəsilməsinə səbəb olan enerji obyektlərinə zəbələrlə yanaşı, Azov dənizində Taqanroqdan Krıma benzin daşıyan iki tanker vurulub, quruda isə iki S-400 "Triumf" zenit-raket kompleksi, "Nebo-U" radiolokasiya stansiyası və Kərçdəki neft bazası hədəfə alınıb.

İlqar Xudiyev Ukrayna Rusiya S-400 "Triumf" zenit-raket kompleksi tanker "Nebo-U" radiolokasiya stansiyası Neft bazası Krım
Ukrayna iki S-400, radiolakasiya stansiyansı və neft bazasına zərbə endirib
Ukrayna iki S-400, radiolakasiya stansiyansı və neft bazasına zərbə endirib

Mənbə: apa.az

Xəbər Lenti