Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib

Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib

Tarix: 06 Jul 2026 17:32

Ermənistanın Baş Prokurorluğunun iddiası əsasında ölkənin üçüncü prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı iş üzrə qərar qəbul edilib.

“Armenpress”in xəbərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi iyulun 3-də Baş Prokurorluğun iddiasını qismən təmin edib.

Qərara əsasən, Ermənistan dövlətinin xeyrinə müsadirə olunacaq əmlak arasında mənzil, avtomobil dayanacaqları və həmçinin faizlər nəzərə alınmadan təxminən 630 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) nağd vəsait var.

Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra əmlaklar Ermənistan Respublikasının xeyrinə müsadirə olunacaq.

İlqar Xudiyev Sarkisyan Ermənistan Baş Prokurorluq əmlakın və vəsaitin müsadirəsi

Mənbə: apa.az

Xəbər Lenti