Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 18:39
Rusiya və Ukrayna aralarındakı münaqişəni başa çatdırmaq istəyir.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.
"Düşünürəm ki, biz insanların düşündüyündən daha çox buna yaxınlaşmışıq. Putin bunun başa çatmasını istəyir. Bunu qətiyyətlə deyə bilərəm. Bizim yaxşı telefon danışığımız oldu. Zelenski də indi həqiqətən bunun bitməsini istəyir. Biz NATO sammitinə gedəcəyik və bu məsələni orada müzakirə edəcəyik. Düşünürəm ki, buna son qoya biləcəyik", – Tramp bildirib.
İlqar Xudiyev Tramp Rusiya-Ukrayna münaqişəsi ABŞ NATO
Mənbə: apa.az