Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm

Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm

Tarix: 06 Jul 2026 18:38

İranda rejim dəyişikliyi axtarışında deyiləm.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

“Mən rejim dəyişikliyi axtarışında deyiləm. Əslində, bu elə rejim dəyişikliyidir. Birinci rejim getdi, ikinci rejim də getdi. Bu, üçüncü rejimdir və düşünürəm ki, bu rejim daha məntiqli davranır”, - Tramp qeyd edib.

O, İranla müharibəyə başlayanda əsas məqsədinin Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq olduğunu bildirib.

Tramp ABŞ-ın İranda olan “nüvə tozu”nu (400 kq-dan çox zənginləşdirilmiş uran maddəsi) alacağını da vurğulayıb.

Toğrul Quluzadə Donald Tramp ABŞ prezidenti İran

Mənbə: apa.az

Xəbər Lenti