Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 18:20
Türkiyə NATO-da lider rolunu gücləndirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Ankarada mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Rutte Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə diqqət çəkib. O bildirib ki, Türkiyə son illərdə bu sahədə sürətli inkişaf yolu keçib və hazırda təxminən 3 min şirkət NATO qüvvələrinin ehtiyac duyduğu hərbi texnika və avadanlıqlar istehsal edir. “Bu gün Türkiyə NATO-nun ən böyük və peşəkar hazırlığa malik silahlı qüvvələrindən birinə sahibdir. Xüsusilə son 5-10 il ərzində ölkə müdafiə sənayesini sürətlə inkişaf etdirib. Türkiyə alyans üçün olduqca mühüm əhəmiyyət daşıyır. Türkiyənin geostrateji mövqeyi, NATO-dakı liderliyi və bu sammitə ev sahibliyi etməsi bunun bariz göstəricisidir”, - o qeyd edib.
Dəryanur Cəfərova NATO-nun Baş katibi Mark RutteMənbə: apa.az