Avropa Komissiyası “Brent” neftin qiyməti üzrə proqnozunu yüksəldib

Tarix: 15 Nov 2023 15:04

Avropa Komissiyası (AK) 2023-cü il üçün “Brent” markalı neftin orta illik qiyməti ilə bağlı proqnozunu əvvəlki 63,9 dollardan 84,1 dollaradək yüksəldib.

Bu barədə “APA-Economics” Avropa Komissiyasının payız hesabatında istinadən xəbər verir.

Proqnoza görə, gələn “Brent” neftinin bir barelinin orta illik qiyməti 84,5 dollar təşkil edəcək (oncəki pronoz - 61,6 dollar).

Hesabata əsasən, 2025-ci il üçün “Brent”in qiyməti 79,6 dollar səviyyəsində proqnozlaşdırılır.

Xəbər Lenti