Cümə, 23 Yanvar, 2026
Tarix: 15 Nov 2023 16:11
Avropa Komissiyası 2023-2024-cü illər üçün Avropada təbii qazın illik orta qiyməti üzrə proqnozunu azaldıb.
“APA-Economics” “Fitch”ə istinadən xəbər verir ki, agentlik 2023-cü il üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın bir MVt-saat üçün qiyməti (elektrik enerjisi ekvivalentində - red.) ilə bağlı proqnozunu 48 avrodan 43,3 avroyadək azaldıb.
Proqnoza görə, 2024-cü ildə TTF indeksi üzrə Avropada qazın qiyməti bir MVt-saat üçün 55,1 avro olacağı ehtimal olunur (öncəki proqnoz – 55,4 avro avro).
Hesabata əsasən, 2025-ci il üzrə Avropada qazın qiyməti bir MVt-saat üçün qiyməti 47,7 avro səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.