Gəncədə mülki müdafiə məşqi keçirilib

Tarix: 21.05.2024 17:12

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib.

APA xəbər verir ki, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub. Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib. Sonda məşqin yekunu təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Xəbər Lenti