"Quba Palace"da qolf turniri keçirilib  - FOTO - VİDEO

"Quba Palace"da qolf turniri keçirilib - FOTO - VİDEO

Tarix: 04 Aug 2026 12:22

Azərbaycanda ilk dəfə yeniyetmələr arasında "Caspian Junior Cup 2026” beynəlxalq qolf turniri təşkil olunub.

Quba Palace Hotelin nəzdində fəaliyyət göstərən The National Azerbaijan Golf Clubda Hotelin təşkilatçılığı ilə keçirilən yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar iştirak ediblər.

Turnir beynəlxalq yeniyetmələr üçün təşkil olunan qolf düşərgəsinin yekun tədbiri olub.

Mükafatlandırma mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

"Caspian Junior Cup 2026” uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf xəritəsində mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.

APA-Economics Quba Palace qolf turniri
"Quba Palace"da qolf turniri keçirilib  - FOTO - VİDEO
"Quba Palace"da qolf turniri keçirilib  - FOTO - VİDEO
"Quba Palace"da qolf turniri keçirilib  - FOTO - VİDEO

Mənbə: apa.az

Xəbər Lenti