Çərşənbə, 5 Avqust, 2026
Tarix: 04 Aug 2026 11:51
Yerli səhiyyə bazarında dayanıqlı brendin qurulması davamlı keyfiyyət və etimad tələb edir. Bu prinsiplə fəaliyyətini quran "Dentera Dental Clinic" brendin inkişaf xəritəsində növbəti addımı ataraq Yasamal VIP filialını istifadəyə verib. Bununla da "Dentera" ölkə üzrə 7 filialdan ibarət şəbəkəyə çevrilib.
Açılan hər bir yeni filial yalnız coğrafi genişlənmə deyil, həm də xidmət konseptinin təkmilləşdirilməsidir. Bütün mərkəzlərdə estetik, cərrahi, ortodontik və uşaq stomatologiyası xidmətləri peşəkar heyət tərəfindən icra olunur. Daxili rəqəmsal laboratoriya isə brendin keyfiyyətə verdiyi zəmanəti təmin edir.
Milli Stomatologiya Brendi imicini qoruyan "Dentera", pasiyentlərin maliyyə yükünü azaltmaq üçün 18 aylıq faizsiz və ilkin ödənişsiz hissəli ödəniş mexanizmini tətbiq etməkdə davam edir.
Ətraflı məlumat üçün: dentera.az
APA-Economics dentera


Mənbə: apa.az