- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 23.05.2024 10:12
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə şənbə günü, may ayının 25-də paytaxtda genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.
İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.