Çərşənbə axşamı, 4 Avqust, 2026
Tarix: 04 Aug 2026 16:52
Bu ilin birinci yarısında Azərbaycanda 2 259,94 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 9,1% azdır.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 2 253,07 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 9,2% azalma deməkdir.
Xatırladaq ki, ötən il Azərbaycanda 4 911,88 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 7,1% azdır.
2025-ci ildə Azərbaycanda istehsal edilən qaz kondensatının 4 903,5 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 7,12% azalma deməkdir.
Emil İsmayılov Dövlət Statistika Komitəsi qaz kondensatı hasilatMənbə: apa.az