Çərşənbə axşamı, 4 Avqust, 2026
Tarix: 04 Aug 2026 16:47
Bu ilin birinci yarısında Azərbaycanın neft yataqlarından 7 864,17 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 6,5% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 530,77 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 22,6% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 416,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,1% çoxdur.
2025-ci ildə Azərbaycanda istehsal edilən səmt qazının 4 022,57 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,33% çoxdur.
Emil İsmayılov Dövlət Statistika Komitəsi qaz hasilatı səmt qazıMənbə: apa.az