- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 23.05.2024 11:06
Keçən il xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlərin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin həcmi məlum olub.
APA-nın xəbərinə görə bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.
Qeyd edilib ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlərin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 6,5 milyon manat məbləğində vəsait sərf olunub.