Qızıla qlobal tələbat bu il 2% artaraq rekord həddə çatıb

Qızıla qlobal tələbat bu il 2% artaraq rekord həddə çatıb

Tarix: 05 Aug 2026 11:24

Cari ilin II rübündə birjadankənar bazarda (OTC) həyata keçirilən əməliyyatlar da daxil olmaqla qızıla qlobal tələbat ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 1 269 ton təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council) hesabatında bildirilir.

Məlumata görə, bununla da cari ilin ilk yarısında qızıla ümumi qlobal tələbat 2 522 tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% artım deməkdir.

Hesabata əsasən, qızıla tələbatın dəyəri isə rekord səviyyəyə yüksələrək 380 milyard ABŞ dolları təşkil edib.

Emil İsmayılov Dünya Qızıl Şurası qızıla tələbat

Mənbə: apa.az

Xəbər Lenti