Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 11:49
Cari ilin II rübündə London Qiymətli Metallar Bazarı Assosiasiyasının (LBMA) PM Gold Price fiksinqi (qlobal qızıl bazarında istinad qiyməti kimi istifadə olunan və günün ikinci yarısında müəyyən edilən rəsmi qızıl qiyməti) üzrə qızılın orta qiyməti bir troya unsiyası üçün 4 506,29 ABŞ dolları təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council) hesabatında bildirilir.
Hesabata əsasən, bu göstərici cari ilin I rübündə qeydə alınmış rekord səviyyədən 8% aşağı olub.
Bununla belə, hesabat dövründə LBMA PM Gold Price üzrə orta qiymət 2025-ci ilin II rübünün göstəricisini 37% üstələyib.
Emil İsmayılov Dünya Qızıl Şurası qızılın qiyməti LBMAMənbə: apa.az