Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 13:53
Bu ilin iyul ayında Avropada təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 18,06 ABŞ dolları təşkil edib, bu da öncəki ayın göstəricisi (15,17 dollar) ilə müqayisədə 19,1% çoxdur.
Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu ilin ikinci rübündə Avropada təbii qazın orta qiyməti 15,58 dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (11,87 dollar) ilə müqayisədə 31,3% çoxdur.
Bank xatırladır ki, 2025-ci ildə Avropada qazın orta qiyməti 11,96 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (10,96 dollar) ilə müqayisədə 9,1% çoxdur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Hesabata əsasən, cari ilin iyul ayında ABŞ-da təbii qazın 1 mln. BTU-ya görə orta qiyməti 2,89 ABŞ dollarına bərabər olub, bu da öncəki ayın göstəricisi (3,15 dollar) ilə müqayisədə 8,3% azdır.
Bildirilir ki, bu ilin ikinci rübündə ABŞ-da təbii qazən orta qiyməti 2,95 dollar təşkil edib, bu da ötün ilin müvafiq dövrünün göstəricisi (3,18 dollar) ilə müqayisədə 7,2% azdır.
Qeyd olunur ki, ötən il ABŞ-da qazın orta qiyməti 3,53 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (2,19 dollar) ilə müqayisədə 61,2% çoxdur.
Emil İsmayılov Dünya Bankı qazın qiyməti Avropa ABŞ BTU TAPMənbə: apa.az