Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

Mərkəzi Bank ödəniş təşkilatının lisenziyasını ləğv edib

Tarix: 05 Aug 2026 16:59

Azərbaycan Mərkəzi Bankı tərəfindən “Modenis” MMC-nin ödəniş təşkilatı lisenziyası ləğv edilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin 04 avqust 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilib.

“Mpay” Məhdud Məsuliyyətli Cəmiyyəti “Modenis” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib və onun hüquqi varisidir.

APA-Economics Modenis MMC lisenziya

Mənbə: apa.az

Xəbər Lenti