Çərşənbə, 5 Avqust, 2026
Tarix: 05 Aug 2026 21:57
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, bankın T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi tamamlanıb. APA xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Qeyd olunub ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Bank “BTB” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 5 avqust 2026-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Reyestrə daxil olma tarixi
Bankın adı
1
30.07.07
ASC "XALQ" BANKI
2
30.07.07
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC
3
30.07.07
“ACCESSBANK” QSC
4
30.07.07
BANK MELLİ İRAN BAKI FİLİALI
5
30.07.07
"AZƏR-TÜRK BANK" ASC
6
30.07.07
"BANK OF BAKU" ASC
7
30.07.07
"BANK RESPUBLİKA" ASC
8
30.07.07
"KAPİTAL BANK" ASC
9
30.07.07
"YELO BANK" ASC
10
30.07.07
"RABİTƏBANK" ASC
11
30.07.07
"TURANBANK" ASC
12
30.07.07
"UNİBANK KOMMERSİYA BANKI" ASC
13
30.07.07
"YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC
14
07.08.07
"EXPRESSBANK" ASC
15
10.09.07
"AZƏRBAYCAN SƏNAYE BANKI" ASC
16
04.12.07
"BANK AVRASİYA" ASC
17
04.12.07
"PAŞA BANK" ASC
18
16.01.09
"AFB BANK" ASC
19
26.02.09
"BANK VTB (AZƏRBAYCAN)" ASC
20
28.04.09
"PREMİUM BANK" ASC
21
15.05.15
"ZİRAAT BANK AZƏRBAYCAN" ASC
Mənbə: apa.az