ABŞ-ın kommersiya neft ehtiyatları 407 mln. barelə yaxınlaşıb

ABŞ-ın kommersiya neft ehtiyatları 407 mln. barelə yaxınlaşıb

Tarix: 06 Aug 2026 09:55

ABŞ-da kommersiya neft ehtiyatları 2 479 min barel artıb və 406 987 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 500 min barel azalacağını proqnozlaşdırırdı.

Onu da qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov EIA ABŞ neft ehtiyatları

Mənbə: apa.az

Xəbər Lenti