Bazar, 19 İyul, 2026
Tarix: 26 May 2024 11:51
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.
Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.
Mənbə: apa.az