Çərşənbə, 19 Avqust, 2026
Tarix: 19 Aug 2026 03:28
İran hökuməti Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edib və onların İrana girişini qadağan edib.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Nazirlik diplomatların beynəlxalq hüququ, xüsusilə 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozan hərəkətlər etdiyini bildirib.
İran XİN qeyd edib ki, diplomatların qanunsuz fəaliyyətinin üzə çıxmasından bir neçə həftə keçməsinə baxmayaraq, Fransa hökuməti vəziyyəti düzəltmək və belə insidentlərin təkrarlanmasının qarşısını almaq üçün heç bir tədbir görməyib.
İran Fransa diplomat
Mənbə: apa.az