Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 12:47
Abşeronda təmir işləri ilə əlaqədar bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 24 dekabr tarixində 35 kV-luq "Pirəkəşkül-Cəngi" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:00-dan saat 15:00-dək Cəngi, Çaylı və Qobustan kəndlərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.
Emil İsmayılov elektrik enerjisi işıq