Çərşənbə, 19 Avqust, 2026
Tarix: 19 Aug 2026 04:31
Vaşinqton müttəfiq və tərəfdaşlara silah, o cümlədən potensial olaraq raket tədarükünə dair köhnəlmiş ixrac nəzarəti tədbirlərini ləğv etmək və ya sadələşdirmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi ABŞ-ın elmi-texniki sahədə yeni Milli Təhlükəsizlik Strategiyasında bildirilib.
Sənəddə qeyd olunur ki, ABŞ hakimiyyəti hərbi-texniki sahədə köhnəlmiş nəzarət tədbirlərini innovasiyalara, rəqabətə və ABŞ şirkətlərinin beynəlxalq əməkdaşlığı dəstəkləməsinə mane olmaması üçün ləğv etməyə və ya sadələşdirməyə çalışır.
Strategiyada həmçinin raket texnologiyalarına nəzarət rejimi üzrə milli siyasətə dəyişikliklərin nəzərdən keçirilə biləcəyi bildirilir.
Məqsəd müvafiq təhlükəsizlik tədbirlərini qorumaqla, müttəfiq və tərəfdaşların kollektiv müdafiəyə daha böyük töhfə verməsinə şərait yaratmaqdır.
ABŞ silahMənbə: apa.az