Çərşənbə, 19 Avqust, 2026
Tarix: 19 Aug 2026 12:11
Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan xarici işlər nazirləri avqustun sonunda İstanbulda görüşəcək.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan və onun pakistanlı həmkarı İshaq Darın telefon danışığında bildirilib.
Türkiyə mediasının xəbərinə görə, İshaq Dar görüşdə iştirak etmək üçün Hakan Fidanın dəvətini qəbul edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında əldə olunan Məkkə Sazişinə Misirin qoşulmaq ehtimalının yüksək olduğunu bildirib.
Bu sazişə əsasən, tərəflərdən hansısa birinə qarşı xarici hücum digər üzv ölkələrə hücum kimi qiymətləndiriləcək.
Toğrul Quluzadə Ərdoğan Türkiyə Pakistan Səudiyyə Ərəbistanı Misir Məkkə razılaşması XİN rəhbərləri İstanbul
Mənbə: apa.az