"Flydubai" və "Air Arabia" İranın hava məkanından uçuşlar keçirməyə başlayıb

"Flydubai" və "Air Arabia" İranın hava məkanından uçuşlar keçirməyə başlayıb

Tarix: 19 Aug 2026 15:29

"Flydubai" və "Air Arabia" uçuşları İranın hava məkanından həyata keçirməyə başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Mülki Aviasiya Təşkilatı "Flydubai" və "Air Arabia" aviaşirkətlərinin İranın hava məkanından uçuş həyata keçirməsinə icazə verildiyini açıqlayıb.

İran Mülki Aviasiya Təşkilatının məlumatına əsasən, təşkilatın Aviasiya Əməliyyatlarına Nəzarət İdarəsinin apardığı işlər və İran Hava Limanları və Hava Naviqasiyası Şirkətinin Hava Hərəkətinə Nəzarət Baş İdarəsi ilə koordinasiya nəticəsində "Flydubai" və "Air Arabia" aviaşirkətlərinin uçuşları İran İslam Respublikasının hava məkanı üzərindən həyata keçirilməyə başlayıb.

Məlumata görə, bu addım Omanla aparılan davamlı danışıqlar və məsləhətləşmələrdən sonra, xarici aviaşirkətlərin İranın hava məkanından tranzit keçidinin asanlaşdırılması və genişləndirilməsi məqsədilə həyata keçirilib.

Bildirilib ki, aparılan çoxsaylı müzakirələr nəticəsində "Flydubai" aviaşirkətinə ölkənin hava məkanından istifadə üçün mövsümi uçuş icazəsi də verilib.

Haşim Rahimi #Flydubai #AirArabia #uçuşlar #İran #havaməkanı

Mənbə: apa.az

Xəbər Lenti