Bazar, 30 Avqust, 2026
Tarix: 20 Aug 2026 06:15
Keniyanın mərkəzində turist helikopterinin qəzaya uğraması nəticəsində beş ABŞ vətəndaşı həlak olub.
Bu barədə AFP ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Helikopter Samburu dairəsindəki Ololokve dağı yaxınlığında səhər saatlarında qəzaya uğrayıb. Hadisə yerində xilasetmə işləri aparılır. Qəzanın səbəbi hələ müəyyənləşdirilməyib və araşdırmanı Keniyanın Aviasiya Qəzalarının Araşdırılması Departamenti aparır.
Keniya helikopter qəzası ABŞ
Mənbə: apa.az