Oman Sultanı Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Tarix: 29 May 2024 19:39

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.

Xəbər Lenti