Pakistan Baş naziri Ceyhun Bayramovu qəbul edib

Tarix: 30 May 2024 18:16

Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbərinin "X" hesabında qeyd olunub.

Bildirilib ki, görüşdə Pakistan və Azərbaycan arasında ticarət, enerji, bərpa olunan enerji, İT, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, işlərin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər Lenti