İrlandiyanın Prezidenti Azərbaycan liderini təbrik edib

Tarix: 30 May 2024 19:11

İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İrlandiya xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox firavanlıq və xoşbəxtlik gətirsin!"

Xəbər Lenti