Cümə, 30 Yanvar, 2026
Tarix: 15 Nov 2023 19:39
Qəzzadan 26 xəstə və onların 13 yaxını bu gün Türkiyəyə göndəriləcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Misirdə səfərdə olan səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, onlar Rəfah keçid məntəqəsindən keçərək Türkiyəyə müalicə üçün göndəriləcək ilk qəzzalılar olacaq.