Zaxarova: Paşinyanın KTMT sammitindən imtina etməsi, İrəvan-Kiyev dostluğu bir zəncirin halqalarıdır

Zaxarova: Paşinyanın KTMT sammitindən imtina etməsi, İrəvan-Kiyev dostluğu bir zəncirin halqalarıdır

Tarix: 15 Nov 2023 20:47

Ermənistan baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində iştirakdan imtina etməsi, qərbin Ermənistana silah tədarükünün genişlənməsi, İrəvanla Kiyevin dostluğu bir zəncirin halqalarıdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanın noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Qərb Rusiyanı Ermənistandan qoparmağa çalışır:

“Qərbin Ukraynada planları tam uğursuzluğa uğrayandan sonra onlar Ermənistandan vəhşi kimi yapışıb onu Rusiyadan qoparmağa çalışırlar”.

Zaxarova qeyd edib ki, Moskva Ermənistan rəhbərliyinin - baş nazir Nikol Paşinyanın Minskdəki KTMT sammitində iştirakdan imtina etməsinə, qərb silahlarının respublikaya tədarükünün genişlənməsinə, qəfil İrəvan və Kiyev dostluğu daxil olmaqla son addımlarına bir zəncirin halqaları kimi baxır.

Mənbə: apa.az

Xəbər Lenti