Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır

Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır

Tarix: 11 Sep 2026 05:07

“İran ABŞ-la münaqişəni uzatmağa çalışır, çünki Demokratların hakimiyyətə qayıdacağına və bunun Tehrana faktiki olaraq nüvə silahına sahib olmağa imkan verəcəyinə ümid edir”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Onlar məndən qurtulmaq üçün əllərindən gələni etməyə çalışırlar. Çünki Demokratların faktiki olaraq nüvə silahına sahib olmalarına imkan verəcəyini düşünürlər. Onların nüvə silahı olmayacaq”, - Tramp əlavə edib.

Tramp onu da bildirib ki, onun daha əvvəl atdığı addımlar olmasaydı, Tehran artıq nüvə silahına sahib ola bilərdi.

ABŞ İran Konqress Tramp

Mənbə: apa.az

Xəbər Lenti