Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub

Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub

Tarix: 11 Sep 2026 10:19

Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən gecə Ukrayna ordusunun 777 dronunu vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna PUA-ları Rusiyanın regionları, eləcə də Qara və Xəzər dənizləri üzərində vurulub.

“Dronlar Lipetsk, Nijni Novqorod, Saratov və Samara vilayətləri, Perm diyarı, Mari El Respublikası və Udmurtiya üzərində ələ keçirilib”, - Rusiya MN-in məlumatında qeyd olunub.

Fərid Əkbərov Rusiya Müdafiə Nazirliyi Xəzər dənizi dron

Mənbə: apa.az

Xəbər Lenti