ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb

ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb

Tarix: 11 Sep 2026 10:14

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın “Davr-Bank” ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin “Davr-Bank”la reytinq qiymətləndirməsində bildirilib.

Bildirilib ki, 10 sentyabr 2026-cı ildə ABB “Davr-Bank”ın buraxılmış səhmlərinin 51%-ni əldə edib.

S&P hesab edir ki, “Davr-Bank” ABB üçün strateji əhəmiyyətli törəmə quruma çevrilib. Agentliyin məlumatına görə, bankın ABB qrupunun ümumi aktivlərində payı 10–12% təşkil edir.

Sövdələşmədən sonra “Davr-Bank”ın adının “ABB Davr-Bank” olaraq dəyişdirilməsi planlaşdırılır.

Rahim Tarıverdiyev nəzarət payı ABB Davr Bank S&P Global sövdələşmə

Mənbə: apa.az

Xəbər Lenti