Cümə, 16 Oktyabr, 2026
Tarix: 11 Sep 2026 21:07
İsrail ordusu Qəzza sektorunda həyata keçirilən hədəfli zərbələr nəticəsində HAMAS-ın silahlı qanadının iki komandirinin öldürüldüyünü bildirib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, onlardan biri HAMAS-ın Xan Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuridir. İsrail ordusu onun sentyabrın 11-nə keçən gecə endirilən hədəfli zərbə nəticəsində öldürüldüyünü bildirib. Həmin zərbə zamanı HAMAS-ın eyni bölməsinin daha iki üzvünün də öldürüldüyü iddia olunur.
İsrail ordusunun məlumatına görə, Qəzza sektorunun Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində keçirilən digər əməliyyat zamanı Muamən Cəbr əs-Seyid Əbu Ləbdə öldürülüb. İsrail tərəfi onun Rəfahda HAMAS-ın snayper bölməsinə rəhbərlik etdiyini bildirib.
İsrail Qəzza HAMAS Rəfah
Mənbə: apa.az