Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

Tarix: 16 Oct 2026 08:36

Oktyabrın 15-də dünya fond bazarlarında əsasən müsbət dinamika qeydə alınıb. ABŞ-da bütün əsas indekslər yüksəlib, Avropada və Asiya-Sakit okean regionunda isə qarışıq nəticələr müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 556,21 bənd və ya 1,08% artaraq 52 177,69 bəndə yüksəlib. “S&P 500” indeksi 25,12 bənd və ya 0,33% artaraq 7 744,06 bəndə, “Nasdaq Composite” indeksi isə 20,16 bənd və ya 0,08% yüksələrək 26 713,03 bəndə çatıb.

“NYSE Composite” indeksi 0,84% artaraq 24 066,65 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,55% yüksələrək 36 137,10 bənd təşkil edib.

Avropa fond bazarlarında fərqli dinamika müşahidə olunub. “Euro Stoxx 50” indeksi 0,36% azalaraq 6 168,26 bəndə düşüb. Böyük Britaniyanın “FTSE 100” indeksi 1,08% artaraq 10 840,35 bəndə, Almaniyanın “DAX” indeksi 0,33% yüksələrək 25 382,62 bəndə, Fransanın “CAC 40” indeksi isə 0,78% artaraq 7 934,70 bəndə çatıb. İspaniyanın “IBEX 35” indeksi 0,28% geriləyərək 19 177,70 bənd olub.

Asiya-Sakit okean regionunda da əsas indekslərin əksəriyyəti yüksəlib. Yaponiyanın “Nikkei 225” indeksi 1 152,40 bənd və ya 1,79% artaraq 65 578,35 bəndə, “TOPIX” indeksi 71,16 bənd və ya 1,78% yüksələrək 4 070,50 bəndə çatıb.

Honq-Konqun “Hang Seng” indeksi 1,21% artaraq 24 353,69 bəndə, Çinin “CSI 300” indeksi 0,75% yüksələrək 4 197,46 bəndə, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 1,12% artaraq 8 817,10 bəndə çatıb. Bununla belə, regionun ümumi “MSCI AC Asia Pacific” indeksi 2,92% azalaraq 261,15 bənd təşkil edib.

Bazarlardakı fərqli dinamikanın əsas səbəbi ABŞ-da istiqraz gəlirliliyinin azalması və süni intellekt sektoruna yatırılan investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar olub.

ABŞ-da 10 illik dövlət istiqrazlarının gəlirliliyinin təxminən 5,09%-ə enməsi səhmlərə dəstək verib. Şirkətlərin müsbət rüblük maliyyə nəticələri və səhiyyə, maliyyə, istehlak sektorlarında alışların güclənməsi “Dow Jones” indeksinin 1%-dən çox artmasına şərait yaradıb. Bununla belə, süni intellekt və yarımkeçirici şirkətlərinin səhmlərində satışlar “Nasdaq Composite” indeksinin yüksəlişini məhdudlaşdırıb.

Avropada güclü korporativ maliyyə nəticələri, xüsusilə səhiyyə sektorundakı yüksəliş Britaniya, Almaniya və Fransa indekslərini dəstəkləyib. Texnologiya şirkətlərinin səhmlərində ucuzlaşma isə ümumavropa indeksinə təzyiq göstərib. Asiyada süni intellekt infrastrukturu üçün yüksək investisiya xərcləri, ABŞ-da inflyasiyanın artması və FED-in faiz dərəcələrini yüksəltməsi ehtimalı investorların ehtiyatlılığını gücləndirib.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti