Cümə axşamı, 4 Dekabr, 2025
Tarix: 12.06.2024 15:17
Dünya Bankı Azərbaycanın iqtisadi artımı proqnozunu sabit saxlayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının "Qlobal iqtisadi perspektivlər" hesabatının iyun sayında bildirilib. Məlumata görə, Dünya Bankı Azərbaycanda 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində iqtisadi artım proqnozlaşdırıb. Bu isə Bankın aprel proqnozu ilə eynidir.
Dünya Bankı ümumilikdə, Cənubi Qafqazda 2024-26-cı illər ərzində illik iqtisadi artımın 3,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırıb.
"2023-cü ildə nəzərəçarpacaq dərəcədə azalmadan sonra Azərbaycanın karbohidrogen ixracının müəyyən qədər artacağı gözlənilir. İxrac səviyyəsində bu geridönüşün Ermənistan və Gürcüstanda son illərdə qeyri-adi yüksək səviyyədən artımın yavaşlamasını tarazlaşdırılacağı gözlənilir" - Dünya Bankının hesabatında əlavə edilib.