Bazar, 13 Sentyabr, 2026
Tarix: 13 Sep 2026 06:36
Vaşinqton hesab edir ki, həm Rusiya, həm də Ukrayna münaqişənin nizamlanması üçün çıxış yolunun tapılmasında maraqlıdır.
APA xəbər verir ki, Kuşner bunu Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” konfransına videobağlantı vasitəsilə qoşularkən deyib.
“Biz irəliyə doğru yol tapmağa çalışmaqda qərarlıyıq. Prezident Donald Tramp buna sadiqdir, Stiv Uitkoff və mən də buna sadiqik. Gördüklərimizə əsasən, Prezident Zelenski də buna sadiqdir. Eşitdiklərimizə əsasən, Prezident Putin də buna sadiqdir. Biz hamını qane edəcək və irəliləməyə imkan verəcək düzgün formulu tapmalıyıq”, – Kuşner deyib.
Onun fikrincə, sülh və digər siyasi razılaşmaların əldə olunması üçün iki mühüm amil var: saziş üzərində ətraflı hazırlıq işlərinin aparılması və onun bağlanması üçün əlverişli məqamdan düzgün istifadə edilməsi.
“Əvvəlcə tərəflərlə ətraflı məsləhətləşmələr aparmaq, razılaşmanın necə olacağı barədə təsəvvür formalaşdırmaq, daha sonra isə onun əldə edilməsi üçün uyğun şərait yaratmaq və ya belə şəraiti tapmaq lazımdır”, – Kuşner bildirib.
O qeyd edib ki, əlverişli məqam tərəflər bütün zəruri hazırlıq işlərini başa çatdırmamış yaranarsa, razılaşmanın əldə edilməsi mümkün olmayacaq.
“Əgər bütün işi görsəniz, lakin lazımi impulsu yarada bilməsəniz, prosesi yenə də sona çatdıra bilməyəcəksiniz”, – Kuşner əlavə edib.
Ukrayna Rusiya Cared Kuşner sülh danışıqları
Mənbə: apa.az