Soçidə dəniz dronlarının hücum təhlükəsi səbəbindən sahilboyu ərazilər bağlanıb

Soçidə dəniz dronlarının hücum təhlükəsi səbəbindən sahilboyu ərazilər bağlanıb

Tarix: 14 Sep 2026 17:16

Rusiyanın Soçi şəhərində dənizdən pilotsuz katerlərin hücumu təhlükəsi ilə əlaqədar bütün çimərliklərə və sahilboyu ərazilərə giriş müvəqqəti məhdudlaşdırılıb.

APA xəbər verir ki, bu barədə Soçi şəhərinin meri Andrey Proşunin məlumat yayıb.

Onun sözlərinə görə, şəhərdə pilotsuz katerlərdən istifadə təhlükəsi elan edilib və şəhər operativ qərargahı təhlükəsizlik məqsədilə çimərliklərə və sahilboyu ərazilərə girişi məhdudlaşdırmaq qərarına gəlib.

“Xilasedicilər və mühafizə əməkdaşları səsgücləndiricilər vasitəsilə mümkün təhlükə barədə xəbərdarlıq edirlər. Şəhər sakinlərindən və kurortun qonaqlarından ehtiyat tədbirlərinə əməl etmələrini xahiş edirəm”, – mer bildirib.

Qeyd edək ki, sentyabrın 9-da Soçidə sahilə pilotsuz dəniz aparatlarının hücumu nəticəsində xəsarət alanlar olub.

İlqar Xudiyev Rusiya Soçi dəniz dronlarının hücum təhlükəsi

Mənbə: apa.az

Xəbər Lenti