Çərşənbə axşamı, 15 Sentyabr, 2026
Tarix: 15 Sep 2026 11:20
2026-cı ilin ilk 6 ayında Azərbaycanın reallaşmış neftinin orta qiyməti 94,5 ABŞ dolları/barel təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33% artıb.
AMB rəsmisi qeyd edib ki, hesabat dövründə Azərbaycan qazının 1000 kubmetrinin orta reallaşmış qiyməti isə 313 ABŞ dolları olub.
Qeyd olunub ki, qazın orta qiyməti də ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4% yüksəlib.
Rahim Tarıverdiyev Samir Nəsirov neft qiymət dollar təbii qaz
Mənbə: apa.az