Çərşənbə axşamı, 15 Sentyabr, 2026
Tarix: 15 Sep 2026 11:17
2026-cı ilin ilk 6 ayında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 738 milyon dollar təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə ölkədən xaricə göndərilən pul baratlarının həcmi isə 207 milyon dollar olub.
Beləliklə, pul baratları üzrə xalis daxilolmalar 531 milyon dollar təşkil edib.
Ölkəyə daxil olan pul baratlarının əsas mənbəyi Rusiya Federasiyası olub. Bu ölkədən Azərbaycana 356,7 milyon dollar pul baratı daxil olub ki, bu da ümumi həcmin 48,3%-ni təşkil edib.
Növbəti yerlərdə Türkiyə – 108,3 milyon dollar (14,7%), ABŞ – 46,5 milyon dollar (6,2%), İran – 42,9 milyon dollar (5,7%) və Gürcüstan – 25,5 milyon dollar (3,4%) qərarlaşıb.
Ölkədən xaricə göndərilən pul baratlarının əsas istiqamətləri isə Türkiyə, ABŞ, Rusiya Federasiyası və Gürcüstan olub.
Rahim Tarıverdiyev pul baratları Samir Nəsirov müsbət saldoMənbə: apa.az