Rutte: Putin müttəfiqlərin Ukraynaya dəstəyini dayandıra biləcəyini düşünür, lakin yanılır

Rutte: Putin müttəfiqlərin Ukraynaya dəstəyini dayandıra biləcəyini düşünür, lakin yanılır

Tarix: 14 Sep 2026 18:22

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya dəstək verən müttəfiqlərə mane ola biləcəyini düşünməsi yanlışdır.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirilən brifinqdə jurnalistlərə deyib.

“Dünən sərnişin qatarına endirilən zərbə Putinin nə qədər çarəsiz olduğunu göstərir. Putin müttəfiqlərin Ukraynaya dəstəyini dayandıra biləcəyini düşünür, lakin yanılır”, – Rutte bildirib.

NATO-nun Baş katibi qeyd edib ki, buna cavab olaraq Ukraynaya dəstək artırılmalıdır.

“Bizim cavabımız Ukraynaya dəstəyi artırmaqdır ki, onun özünümüdafiəsi üçün lazım olan hər şey olsun”, – o əlavə edib.

İlqar Xudiyev Rutte NATO Ukrayna Rusiya

Mənbə: apa.az

Xəbər Lenti